Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qadınların neft və qaz sahəsində işləmə saatında hansı güzəştlər edilir? 

Yanvarın 28-də başlayan Bakı Limanının da dəstəyi ilə STEM təhsilinə və gələcək fəaliyyətinə həsr olunmuş festival davam edir...

Oxu.Az-ın məlumatına görə, “Qadınlar STEM”də adlı festivalında “Qadınların neft və qaz sahələrində fəaliyyəti” mövzusunda ictimai müzakirələr aparılıb.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, təhsil ocağında qadınların iş saatı ilə bağlı yeni qərar qəbul edilib:

Bakı şəhərində hər gün tıxac var. Təbii ki, 18:00-da işdən çıxan qadın evə gec çatır. Biz də öz daxilmizdə qərar qəbul etmişik ki, qadınlar saat 17:00-da işdən çıxsınlar. Bu zaman onlar 18:00-da evdə olur. Fikrimcə, bu, hardasa məişət probleminin bir tərəfdən həll edir”.

SOCAR-ın baş geoloqu Arzu Cavadova bildirib ki, əgər tam olaraq sağlam mühit yaransa, qadın karyerasını heç bir çətinlik olmadan inkişaf etdirə bilər:

“Biz şirkətimizdə kimin istəyi varsa, iş qrafikinə dəyişiklik edə bilər. Hər bir işçi səhər saat 08:00-da ofisə gəlib, axşam 17:00-da çıxa bilər. Biz kişilərə də şərait yaratmalıyıq ki, evdə xanımlarına kömək edə bilsin. Bu istiqamətdə müəyyən səylər var, amma görüləsi işlər də çoxdur”.

BP şirkətinin mühəndislik meneceri Elxana İsmayılova isə bildirib ki, BP-də bu sahədə müəyyən addımlar atır:

“Dünyada baş verən koronavirus pandemiyasından sonra işçilərin 40 faizi evdə və 60 faizi şirkətdə çalışır. Analıq məzuniyyətindən qayıdan xanımlar üçün də xüsusi şərait yaradılıb. Şirkətdə ana südü ilə bəslənənlər uşaqlara görə “Analar otağı” guşəsi var. Anarlar gün ərzində körpələri ilə iki-üç saat vaxt keçirmək üçün o guşədə qala bilər. Həmin yerdə dayələr, atalar da qala bilər”.

“Schlumberger” şirkətinin Azərbaycan və Türkmənistan üzrə İcraçı direktoru Maria Yunda isə bildirib ki, 23 il əvvəl qadınları neft sahəsinə cəlb edəndə “bəxt gətirmədi” kimi düşünülürdü:

“Artıq bu hal geridə qalıb. Biz də şirkət olaraq qadınlar, yeni ana olan xanımlar üçün şərait yaradırıq. Eyni zamanda, analıq məzuniyyətindən qayıdan analar yarım ştat çalışa bilər. Bizim şirkətdə bunla bağlı olan imtiyazlar, şərait yaradılır ki, analar rahat  çalışa bilsin”.

O qeyd edib ki, gələcəkdə məsafədən işləmək imkanları artacaq:

“Bu məsə yalnız qadınlara şamil olunmur. Yeni ata olan kişilər də atalıq məzuniyyəti gedə bilərlər”.

SOCAR-da menecer vəzifəsində çalışan Yalçın Əmirbəyov isə bildirib ki, şirkət qadınların neft sahəsində çalışması üçün şərait yaradılır və müəyyən addımlar atılır. 

QadinFest və “Women in Tech” platformalarının təşkilatçılığı ilə keçirilən festivalda önəmli ictimai xadimlərin və STEM mütəxəssislərinin çıxışları olacaq, tələbə və mütəxəssislər üçün əmək yarmarkası, uşaqlar üçün STEM üzrə müxtəlif master-klaslar təşkil olunub. 

Qeyd edək ki, STEM-Science (Təbiət elmləri), Technology (Texnologiya), Engineering (Mühəndislik) və Math (Riyaziyyat) sözlərinin ilk hərflərinin birləşməsindən yaranıb.
Festival təşkilatçıları STEM haqqında heç bir məlumatı olmayanlara STEM sahələri haqqında danışmaq, tələbə və gənc mütəxəssislərə iş tapmaq və xeyirli insanlarla əlaqə yaratmağa kömək etmək, həmçinin STEM-ə daha çox uşaq cəlb etmək üçün onlara festivalda əla əylənmək üçün şərait yaratmalarını qarşılarına məqsəd olaraq qoyulub.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Ukrayna Kurskda körpünü vurdu, 700 rus hərbçisi mühasirədə qalıb

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

55 nəfərin zəhərləndiyi toyun keçirildiyi restoran sahibi danışdı

Dəniz kənarında batan avtomobili çıxarmaq üçün çağırılan evakuator da batdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay